03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Tankçılarımız finalın bir addımlığında - VİDEO

11.08.2019

Moskva vilayətinin Alabino hərbi poliqonunda "Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində keçirilən "Tank biatlonu” müsabiqəsində iştirak edən Azərbaycan tankçıları finala bir pillə də yaxınlaşıb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, birinci divizionun ilk yarışında Azərbaycan, Qazaxıstan, Çin və Serbiya komandaları iştirak ediblər. Yağışlı və küləkli əlverişsiz hava şəraitinə baxmayaraq tankçılarımız qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəliblər.
Yarışın nəticələrinə əsasən, estafeti birinci yerdə Qazaxıstan, ikinci yerdə Azərbaycan, üçüncü yerdə Çin və dördüncü yerdə Serbiya komandası başa vurub.
Avqustun 12-də birinci divizionun ikinci yarışı keçiriləcək.