03 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Putin müsəlmanları təbrik etdi

11.08.2019

Rusiya Prezidenti Vladimir Putin ölkə müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edib, onlara sülh, xoşbəxtlik və firavanlıq arzulayıb.
Kremlin saytında yerləşdirilən təbrik məktubunda bu bayramın insanlar arasında birlik, sevgi, mehribanlıq və mərhəmət dəyərlərinin möhkəmlənməsinə xidmət etdiyi vurğulanıb: "Sevindirici haldır ki, Rusiya müsəlmanları öz ata-babalarının zəngin mədəni və mənəvi irsini qoruyur, gənc nəslə əcdadlarının tarixinə, adət-ənənələrinə hörmət etməyi öyrədirlər”.
V.Putin həmçinin qeyd edib ki, müsəlman icmasının həyatı xeyirxah işlər və təşəbbüslərlə zəngindir: "Əlbəttə ki, müsəlman təşkilatlarının dövlət və ictimai qurumlarla səmərəli əməkdaşlığının inkişafına, ölkəmizdə millətlərarası və dinlərarası dialoqun qorunmasına verdiyi töhfələr dəyərlidir”.