02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Liverpul"da Alisson şoku

10.08.2019

"Liverpul"un əsas qapıçısı Alisson Bekker "Çelsi" ilə qarşılaşacaqları UEFA Super Kuboku matçında iştirak etməyəcək.
Bu barədə komandanın baş məşqçisi Yurgen Klopp Premyer Liqanın ilk turunda evdə "Norviç"i 4:1 hesabı ilə məğlub etdikləri görüşdən sonra məlumat verib.
Klopp deyib ki, 26 yaşlı qolkiperin zədəsinin ciddiliyini qiymətləndirməlidirlər: "Əlbəttə ki, bu bizim üçün çox xoşagəlməzdir. Alisson oyunu davam etdirə bilmədi. O, Super Kubok oyununda meydanda olmayacaq. Artıq bu dəqiqdir".
Qeyd edək ki, avqustun 14-də İstanbul şəhərindəki "Vodafon Arena"da keçiriləcək UEFA Super Kuboku Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.