03 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bağdadi varisini elan etdi - FOTO

10.08.2019

"İraq və Şam İslam Dövləti"( İŞİD) terror təşkilatının lideri Əbubəkr Bağdadi varisinin adını açıqlayıb.
Dövran Media Al Jazeera-ya istinadən bildirir ki, Bağdadinin yaydığı "fətva"ya görə, İŞİD liderinin həlak olacağı və ya vəfat edəcəyi təqdirdə təşkilata Abdulla Qardaş rəhbərlik edəcək.
İraqın Mosul vilaəyətindəki Təlafar şəhərində doğulmuş Abdulla Qardaş türkməndir. Əvvəllər "Əl Qaida" terror təşkilatında olmuş Qardaş sonralar İŞİD lideri Ə.Bağdadinin müavini Əbu Əlaa əl Əfrinin adamı olub.
Əl Əfri 2016-cı ildə həlak olanda Abdulla Qardaş İŞİD liderinin "sağ əli"nə çevrilib.
İŞİD 2014-cü ildə İraqın Mosul şəhərini ələ keçirəndə Ə.Bağdadini təbrik edən ilk şəxs məhz A.Qardaş idi.
A.Qardaş həddən ziyadə sərt və avtoritar lider, ekstremist mövqeli insan kimi tanınır.
İŞİD-in digər rəhbərləri bəyanatdan narazıdır. Onlar A.Qardaşı döyüş meydanından qaçan adam sayırlar.