09 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Suriyanın aviabazaları YENƏ VURULDU

17.04.2018

Aprelin 17-ə keçən gecə Suriyanın Hüms əyalətindəki "Şayrat” aviabazası və Dəməşqdən 50 km şimalda yerləşən Dümeyr aerodromuna raket zərbələri endirilib.
Suriyanın havadan müdafiə sistemləri "Şayrat” aviabazasına atılan 6 raketi vurub. Daha 3 raket Dümeyrə çatmamış vurulub.
"Al Masdar” portalının məlumatına əsasən, zərbələr Suriyaya Livan ərazisindən daxil olan İsrail Hərbi-Hava Qüvvələrinin təyyarələri tərəfindən endirilib. Məlumat rəsmi olaraq Suriya hökuməti tərəfindən təsdiqlənməyib.
İlkin məlumata görə, insident nəticəsində ölən və yaralanan yoxdur.
"Al-Masdar”-ın digər məlumatına əsasən, Suriya havadan müdafiə sistemləri ölkənin hava məkanını pozan hərbi təyyarələr istiqamətində bir neçə raket buraxıblar.
İsrail Müdafiə Ordusunun mətbuat xidməti Suriyadakı insidentlə bağlı onlarda heç bir məlumatın olmadığını bildirib.
"DM"