29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Jeenbekovun rəqibi Bişkekə qayıdır

09.08.2019

Qırğızıstanın müxalif Respublika Partiyasının sədri Omurbek Babanov Bişkekə dönmək qərarı verib.
Bu məlumatı "24.kg” agentliyi yayıb. Məlumata görə, onun ölkəyə yerli vaxtla 14:40-də gəlməsi nəzərdə tutulub.
Bununla belə Qırğızıstan Milli Təhlükəsizlik Komitəsi xəbərdarlıq yayaraq, Babanovun geri qayıdacağı təqdirdə həbs ediləcəyini bildirib. Onun hakimiyyəti güc yoluyla devirməyə çağırışı işi üzrə məsuliyyətə cəlb ediləcəyi vurğulanıb.
Qeyd edək ki, son prezident seçkisində Babanov 34% səslə ikinci yeri tutmuşdu. O zaman Babanovun seçkidə əsas rəqibi Atambayevin dəstəklədiyi Sooronbay Jeenbekov idi. Almazbek Atambayev seçki zamanı Babanovu xaricdən, xüsusilə Qazaxıstandan dəstək almaqda ittiham edib. Nəticədə Babanova qarşı seçkidən dərhal sonra dini, milli düşmənçilik yaratmaq ittihamı ilə cinayət işi açılıb. Babanov isə ölkədən qaçıb və siyasətdən getdiyini bildirib.