29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sloveniya şirkəti hiperkar istehsal etdi - FOTO

09.08.2019

Sloveniyanın "Tushek Supercars” şirkəti Böyük Britaniyada keçiriləcək "Salon Privé” sərgisində "TS 900 H Apex” modelini təqdim edəcəyinə söz verib.
Prototip 2012-ci ildən hazırlanır və konveyrə gedib-getməyəcəyi hələ məlum deyil.
Rodster üslubunda olduğu üçün hiperkarın dam örtüyü yoxdur və üç mühərriklə təchiz edilib.
4.2 litr həcmli, kompressorlu V8 mühərriki iki elektrik mühərriki ilə paralel çalışır. Aqreqatlar ümumi 963 at gücündədir. Mühərrik 6 pilləti sekvental sürətlər qutusu ilə təchiz edilib.
"Tushek” yerindən 100 km/saat sürəti 2.5 saniyəyə əldə edir və maksimal sürəti 380 km/saat təşkil edir. Superkar xrom-molibden materialından hazırlanıb. Çəkisi cəmi 1410 kq-dır. Bununla yanaşı, "Brembo” əyləc mexanizmi və "Pirelli Trofeo Series R” şinləri ilə təchiz edilib.
Şirkətin rəhbəri isə 54 yaşlı sloveniyalı yarışçı Aleşa Tuşekdir. O, 2004-cü ilə qədər "Citroen” komandasında çıxış edib. Bildirilir ki, yeni model 7 sentyabr tarixində təqdim ediləcək.