09 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“İzvestiya”dan Azərbaycana qarşı - TƏXRİBAT - FOTO

16.04.2018

Rusiyanın "İzvestiya” qəzeti Azərbaycana qarşı təxribata yol verən foto paylaşıb. 
"Dövran Media" xəbər verir ki, qəzetdə Ermənistanın eks-prezidenti, hazırda baş nazir postuna namizədliyi irəli sürülən Serj Sarkisyanla müsahibə dərc olunub. 
Müsahibədə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sual yer alıb. S.Sarkisyan Qarabağ haqqında danışarkən "Artsax” sözündən istifadə edib.
Yazıda yerləşdirilən fotonun birində isə "Azad Artsaxa xoş gəlmişsiniz” yazılan lövhə əks olunub. 
Qeyd edək ki, 1917-ci ildə əsası qoyulan "İzvestiya” qəzetinin baş redaktoru milliyyətcə erməni Arseni Ohanesyandır.