29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ərdoğanın Azərbaycana səfərinin VAXTI açıqlandı

09.08.2019

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 3-də Azərbaycana səfər edəcək.
Bu barədə özəl olaraq Trend-ə Türkiyə hökumətindəki mənbə bildirib.
Mənbənin sözlərinə görə, türkiyəli lider Türk Şurasının Bakıda keçiriləcək VII iclasında iştirak etmək üçün, eləcə də qurumun 10 illiyinə həsr olunmuş tədbirə qatılmaq üçün Azərbaycana səfər edəcək.
Qeyd edək ki, Türk Şurası 2009-cu il oktyabrın 3-də Naxçıvanda yaradılıb. Şuranın məqsədi üzv dövlətlər arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir.
Türk Şurasına Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan daxildir.