04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiya: Qırğızıstanda baş verənlər ölkənin daxili işidir

08.08.2019

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Qırğızıstanın sabiq Prezidenti Almazbek Atambayevin saxlanılması ilə bağlı keçirilən əməliyyata münasibət bildirib.
Rusiya XİN-in sözçüsü Mariya Zaxarova "Exo Moskva” radiostansiyasına açıqlamasında bildirib ki, bu, ölkənin daxili işidir. 
Onun sözlərinə görə, Rusiyanın Qırğızıstandakı səfirliyi ruslara xüsusi əməliyyatın keçirildiyi ərazidən uzaq durmağı məsləhət görüb: "Düşünürəm ki, biz daha sonra vəziyyəti daha ətraflı dəyərləndirəcəyik”.  
 edək ki, Qırğızıstanın sabiq Prezidenti Almazbek Atambayevin həbs edilməsi üçün əməliyyat keçirilib. 
Xüsusi təyinatlılar Koy-Taş kəndində A. Atambayevin iqamətgahına hücum əməliyyatı nəticəsində sabiq Prezidentin tərəfdarları arasında 10-a yaxın şəxs yaralanıb. 
Qırğızıstan Daxili İşlər Nazirliyi (DİN) isə Almazbek Atambayevin iqamətgahında altı xüsusi təyinatlı əsgərin saxlanıldığını açıqlayıb. 
Onu da qeyd edək ki, Qırğızıstanda sabiq Prezident A. Atambayevə qarşı parlament araşdırması aparılır. Bu ilin iyununda deputatlar sabiq Prezidenti toxunulmazlıqdan məhrum ediblər. Ona qarşı Qırğızıstanda vəzifə səlahiyyətlərindən sui-istifadə və korrupsiya da daxil olmaqla, bir neçə maddə üzrə ittiham irəli sürülüb. Son bir il yarım ərzində A. Atambayevin tərəfdarları da cinayət məsuliyyətinə cəlb edilib. O, iyul ayında Moskvaya gedib və Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. 
Xatırladaq ki, A. Atambayev 2010-cu ildə baş vermiş inqilab zamanı müxalifətin lideri olub. O Qırğızıstanın sayca 4-cü Prezidentidir. A. Atambayev ölkəyə 2011-2017-ci illər aralığında rəhbərlik edib.