04 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Hazırkı hava şəraiti avqust üçün səciyyəvi deyil” - Nazirlik rəsmisi

08.08.2019

"Hazırda müşahidə olunan hava şəraiti və nisbətən mülayim temperatur göstəriciləri avqust ayı üçün səciyyəvi deyil. Belə temperatur rejiminə sentyabr ayının I ongünlüyünün sonu, II ongünlüyündə daha çox rast gəlinir”. 
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib. 
Dünən paytaxtda maksimal temperaturun 26-28 dərəcə təşkil etdiyini bildirən Nazirlik rəsmisinin sözlərinə görə, son 15 il ərzində avqust ayında daha çox qızmar, isti günlər üstünlük təşkil edib.
O bildirib ki, son 15 il ərzində avqust ayının I ongünlüyündə belə yağışlı hava şəraiti Bakıda 2009 və 2013-c illərdə qeydə alınıb.
U. Tağıyeva qeyd edib ki, bu il avqust ayında hava şəraiti qeyri-sabit keçir: "Hazırda müşahidə olunan temperatur çox illik norma göstəricilərindən 2 dərəcə aşağıdır”.