06 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Emin Ağalarovun bacısı: “Hər şey yaxşıdır” – FOTO

07.08.2019

Rusiyada yaşayan model Sabina Ağalarovanın "Bentley” avtomobilinin "QAZel” markalı yük avtomobil tərəfindən vurulması gündəm oldu. Bir çox saytlar Sabinanı Araz Ağalarov qızı, Emin Ağalarovun isə bacısı kimi qələmə verib. Əslində isə A.Ağalarovla Eminin anası İrina xanımın bir qızı var – Şeyla. Ehtimal edilir ki, Sabina ilə Emin ögey bacı-qardaşdırlar.
Baku.ws xəbər verir ki, Sabina Ağalarova özü də Moskvada baş verən kiçik qəzanın Rusiya KİV-də manşet olmasına təəccüblənib.
O, sosial şəbəkədə yazdığı statusunda qəzanın ciddi olmadığını yazıb:
"Hər şey yaxşıdır. Mənə heç nə olmayıb. Qəza ciddi deyildi. Başa düşə bilmirəm, KİV adi yol-nəqliyyat qəzasını niyə şişirdir? Yol polisi əməkdaşlarıın mənim qəza məlumatımı mediaya satmasına təəccüblənirəm. Mənim həyatıma belə diqqət və maraq mənə "çox xoşdur”.
Qeyd edək ki, Sabina Ağalarova İnstagram ulduzu kimi tanınır. O, Amerikada təhsil alıb və yaşayıb. Evlidir, üç uşaq anasıdır.