09 10 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Növbəti erməni təxribatı - Ordu oyunlarında+FOTO

07.08.2019

Rusiyada keçirilən "Beynəlxalq Ordu Oyunları – 2019” yarışlarında Ermənistanın Azərbaycana qarşı təxribatının qarşısı alınıb.
APA-nın verdiyi məlumata görə, Moskva vilayətinin Kubinka rayonunda yerləşən "Patriot-Ekspo” Konqres-Sərgi Mərkəzində nümayiş olunan stenddə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarını öz ərazisi kimi təqdim edib.
Stenddə Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ və ətraf rayonları Ermənistan ərazisi kimi nümayiş olunan xəritə asılıb.
Azərbaycan tərəfinin məsələyə dərhal müdaxiləsindən sonra həmin xəritə stenddən yığışdırılıb.
Qeyd edək ki, avqustun 3-də Moskva vilayətinin Kubinka rayonunda yerləşən Alabino poliqonunda "Beynəlxalq Ordu Oyunları – 2019” yarışları start götürüb.