06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanlı aparıcı Rublyovkada torpaq sahibi oldu

07.08.2019

"Rossiya 24”ün Azərbaycan əsilli aparıcısı Nailə Əsgərzadə Rublyovkadakı Razdorı kəndi yaxınlığında 43 min kvadrat metrlik əraziyə sahibi olub.
Axar.az xəbər verir ki, bu məlumatı "Proekt.media” yayıb. Məlumata görə, Əsgərzadənin torpaq sahəsi Mixail Qorbaçov, daha sonra isə Boris Yeltsinin yaşadığı "Barvixa 4” dövlət iqamətgahının yaxınlığında yerləşir.
Sayt torpaq sahəsinin ümumi dəyərinin 45 milyon dollar olduğunu bildirib. Əsgərzadənin torpaq sahəsinin sahibi statusunu bir il əvvəl əldə etdiyini vurğulanıb.
Sənədlərdə azərbaycanlı aparıcının torpaq sahəsininin fərdi mənzil tikintisi üçün yararlı olduğu vurğulanıb. Mətbuat həmçinin Əsgərzadənin torpaq sahəsi yaxınlığında Rusiya baş nazirinin müavini Anton Siluanov və müdafiə nazirinin müavini Ruslan Çalikovun iqamətgahlarının yerləşdiyini bildirib.