07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

AZAL-ın təyyarəsindən 18 ədəd “iPhone” tapıldı - VİDEO

07.08.2019

"Azərbaycan Hava Yolları” (AZAL) şirkətinə məxsus təyyarənin tualetindən 18 ədəd "iPhone” markalı mobil telefon tapılıb.
Mobil telefonlar İstanbul-Bakı reysi ilə hərəkət edən sərnişin təyyarəsində aşkar olunub. Telefonların tapılması tualetin xarab olması nəticəsində üzə çıxıb. Təmir zamanı "iPhone”ların ora yerləşdirilməsi məlum olub.
Qeyd edək ki, həmin reysdən öncə təyyarə BƏƏ-nin Dubay şəhərindən gəlirmiş.
Məsələyə aydınlıq gətirmək üçün "Azərbaycan Hava Yolları” QSC prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski ilə əlaqə saxladıq.
O, BAKU.WS-ə bildirib ki, AZAL Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə əməliyyat keçirərək məsələni araşdırır.