06 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Fəhlənin ölümü ilə bağlı cinayət işi açıldı

07.08.2019

Kürdəmir rayonu, Xırdapay kəndi ərazisində məcburi köçkünlər üçün salınan şəhərçikdə qeydə alınan ölüm hadisəsi ilə bağlı cinayət işi açılıb.
Hadisə ötən gün qeydə alınıb.
Belə ki, rayon sakini, 1971-ci il təvəllüdlü İbrahimov Rəmzi Qələbə oğlu 3 aydır ki, fəhlə kimi çalışdığı "DİADEM” MMC tərəfindən tikintisi həyata keçirilən binanın ikinci mərtəbəsindən yıxılaraq xəsarət alıb.  O, iki saat sonra çatdırıldığı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.
Faktla bağlı Cinayət Məcəlləsinin 162.2 maddəsi ilə  cinayət işi başlanıb.