25 08 2025-cu il Bakı 28 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

"Bəzi dövlətlər Azərbaycan - Türkiyə münasibətlərinə həsəd aparırlar” - Volkan Bozkır

06.08.2019

"Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalı Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin rəhbəri Volkan Bozkıra təqdim olunub.
Bununla bağlı Azərbaycanın Ankaradakı səfirliyində mərasim keçirilib. 
Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim yubiley medalını V. Bozkıra təqdim edib. 
V. Bozkır yubiley medalı ilə təltif olunmasını yüksək qiymətləndirib.  
O bildirib ki, bu gün bəzi dövlətlər Azərbaycanla Türkiyənin qardaşlıq və dostluq münasibətlərinə həsəd aparırlar.  
Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral da iştirak edib.