06 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Külək 50 ağacı aşırdı - BAKIDA

06.08.2019

Avqustun 5-dən başlayan güclü külək Bakıda ümumilikdə 50-dən çox ağacı aşırıb.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib.
O bildirib ki, güclü küləyin fəsadları daha çox paytaxtın Nəsimi, Yasamal və Nərimanov ərazilərində müşahidə olunub:
"Bu günə qədər Bakı ərazisində güclü külək səbəbindən ümumilikdə 50-dən çox ağac aşıb. Onlardan 14-ü kökündən çıxıb. 40-a yaxın isə budaq qırılmaları müşahidə edilib. Ümumilikdə ağac budaqlarının qırılması nəticəsində hərəkətsiz vəziyyətdə olan 8 avtomobilə maddi ziyan dəyib”.