06 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

120 kilodan çox narkotik TUTULDU

06.08.2019

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, satışı və əkini ilə məşğul olan şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində uğurlu əməliyyat tədbiri keçirilib.
DİN-dən verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun İbrahimkənd kənd sakini 49 yaşlı Cavanşir Mustafayev saxlanılıb. Saxlanılan şəxsin kənddə yaşadığı ünvana baxış keçirilən zaman evinin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş ümumi çəkisi 120 kiloqrama yaxın 49 ədəd yaş , 10 ədəd quru vəziyyətdə narkotik tərkibli çətənə kolları, sellofan torbalarda 123 qram qurudulmuş, 52 qram qurudulmamış marixuana, 24 ədəd plastik qabda çətənə bitkisinin şitilləri və toxumları, eləcə də sənədsiz 16 kalibrli təklülə ov tüfəngi aşkar edilərək götürülüb. İlkin ifadəsində C. Mustafayev həmin narkotik tərkibli bitkiləri satış məqsədilə becərdiyini bildirib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.