06 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Səhər yeməyi mütləqdir - həkimin açıqlaması

05.08.2019

"Hələ ki, səhər yeməyi yeməmisinizsə, mütləq oxuyun. Axşamdan bəri heç nə yemədiyiniz üçün hazırda mədə və bağırsaqlarda boş sahə yaranıb. Səhər nə yesəniz, bugünkü yeməklərdən əvvəl onlar həzm olunacaq. Bugünkü yeməklər bağırsaqlarda qatar kimi düzüləcək və səhər yeməyi ən qabaqda gedəcək. Sonuncu stansiyaya da ən birinci çatacaq”.
Bu sözləri tanınmış anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib.
O, səhər yeməyində meyvə yeməyi tövsiyə edib:
"Çoxsaylı xəstəliklərin, o cümlədən xərçəng xəstəliyinin əmələ gəlməsində qəbizliyin rolu böyükdür. Səhər yeməyində yumurta soyutması, sosiska qızartması və qaynatması yeməyin. Çayı meyvə ilə için. Tibet təbabətinə görə, səhər isti çay mütləq lazımdır. Mədə bədənin həm də radiatoru vəzifəsini yerinə yetirir. Maşını sürməzdən əvvəl qızdırmaq lazımdır”./publika.az/