06 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Politoloq :Paşinyan Əliyevin sözünü təsdiq etdi

05.08.2019

Paşinyan "dövlət sirləri”ni açaraq, özünü sığortalamaq istəyir.
Bu sözləri politoloq Zaur Məmmədov deyib. O bildirib ki, Ermənistanda heç bir dövlət strukturu funksional (işlək) deyil:
"Nikol erməni xalqına demək istəyir ki, yaxın vaxtlarda ölkədə dövlət idarəçiliyində effektivlik gözləməyə dəyməz. Bu, özünü sığortalamaq deməkdir. Paşinyan bilməlidir ki, Ermənistanda sosial-iqtisadi durumun dəyişməsi üçün mütləq Qarabağ münaqişəsini həll etmək lazımdır.
Nikol Prezident İlham Əliyevin müntəzəm olaraq Ermənistanla bağlı dediyi fikirləri təsdiq etdi. Ümumiyyətlə, Paşinyan bilməlidir ki, onun siyasi karyerası münaqişəni həll etməkdən və Bakı ilə anlaşmaqdan asılıdır”.
Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan Serj Sərkisyan dönəminə aid olan məxfi sənədi oxuduğunu və ölkənin iflic vəziyyətində olduğunu öyrəndiyini bildirmişdi.