06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Vilayət Eyvazovdan yeni təyinatlar

05.08.2019

Daxili işlər orqanlarında yeni təyinat olub.
Xəbər verildiyi kimi, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə İsa Babaşov Abşeron rayon Polis İdarəsinə əməliyyat işləri üzrə rəis müavini təyin edilib.O, bu təyinata qədər Nəqliyyatda Baş Polis İdraəsində çalışıb.
Qeyd edək ki, bir neçə ay bundan öncə Abşeron rayon Polis İdarəsinə əməliyyat işləri üzrə keçmiş müavini Mehman Əliyev Balakən rayon Polis şöbəsinə rəis təyin edilib.
***
Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin rəis müavini polis mayoru Anar Məmmədov tutduğu vəzifədən azad edilərək Balakən Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyin edilib.
APA-nın məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.