29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Sədərək”dəki yanğında polislərin fədakarlığı - VİDEO

05.08.2019

Avqustun 4-də Bakının Qaradağ rayonunda yerləşən "Sədərək” ticarət mərkəzinə məxsus anbarlardan birində yanğın baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, yanğının qarşısı alınan zaman və sahibkarlara məxsus malların hadisə yerindən çıxarılmasında polis əməkdaşları da vətəndaşlara yaxından kömək ediblər. Xilasetmə zamanı polis əməkdaşlarından da bir neçəsi tüstüdən zəhərlənib.
Qeyd edək ki, "Sədərək”də baş vermiş yanğın zamanı təcili tibbi yardıma müraciət edənlərin ümumi sayı 16 nəfər olub. Onlardan 6-na yerində yardım edilib, 10 nəfər isə xəstəxanaya yerləşdirilib. Onlardan biri yanğın baş verən ticarət mərkəzinin əməkdaşıdır. Qalanlar isə yanğının söndürülməsində iştirak edən Fövqəladə Hallar və Daxili İşlər Nazirliklərinin əməkdaşları olub.
Müraciət edənlərə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.