29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qrenlandiya sürətlə əriyir - alimlər qorxuya düşüb

03.08.2019

Bütün dünyaya təsir edən yüksək temperatur artıq Qrenlandiyanı belə əritməyə başlayıb.
Xəbər verildiyi kimi, irihəcmli buzlarla örtülü olan Qrenlandiyada 197 milyard ton buz əriyib.
Danimarka krallığının tərkibinə daxil olan, Atlantik və Şimal Buzlu okeanları arasında yerləşən Qrenlandiyanın səthinin 82 faizi buzlarla örtülüdür.
Danimarkanın qütb araşdırmaları mərkəzinin əməkdaşı Rut Mottramın verdiyi açıqlamaya görə, Qrenlandiyada iyul ayının 31-dən bu yana 10 milyard ton buz əriyib. 4-5 gün ərzində bu qədər buzun əriməsi dünya alimlərini də qorxuya salıb. Ümumilikdə iyul ayında 197 milyard ton buz əriyib. Qütb araşdırmalar mərkəzindən bildirilib ki, bu qədər əriyən buz ilə 80 milyon hovuz doldurmaq mümkündür.
Mərkəzdən onu da bildiriblər ki, son dörd ayda buzların əriməsi daha da sürətlənib.