29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ağsudakı zəlzələ ilə bağlı açıqlama - RSXM-dən

03.08.2019

Ağsu rayonunda zəlzələ olub.
Verilən məlumata görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı bildirib.
Onun sözlərinə görə, yeraltı təkan 3 bala qədər hiss olunub:
"RSXM-in saytında texniki problem yaranıb. Ağsuda baş verən zəlzələ ilə bağlı bildirmək istəyirik ki, zəlzələ elə də güclü deyil. Bu gün yerli vaxtla 08:50-də Pirqulu stansiyasından 8 km qərbdə - Ağsu ərazisində dərinlik 13 km, ml=3.5 zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə və ətraf rayonlarda 3 bala qədər hiss olunub"./report/