28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiya və ABŞ arasındakı müqaviləyə xitam verildi

02.08.2019

Rusiya Xarici İşlər Nazirliyi ABŞ ilə imzalanmış "Qısa və orta mənzilli raketlərin ləğvinə dair müqavilə”yə rəsmi olaraq xitam verildiyini açıqlayıb.
"Euronews” xəbər verir ki, müqavilə 8 dekabr 1987-ci il tarixində ABŞ və SSRİ arasında imzalanıb.
Fevralın 2-də ABŞ bu müqavilənin icrasına yenidən qayıtmaq üçün Rusiyaya 6 ay vaxt vermişdi. Lakin Rusiya bundan imtina edib.
Qeyd edək ki, bir neçə gün əvvəl Rusiya Prezidenti Vladimir Putin müqavilənin dayandırılması haqqında federal qanun imzalayıb. Sənəddə deyilir: "Sovet Sosialist Respublikaları İttifaqı və Amerika Birləşmiş Ştatları arasında 1987-ci il dekabrın 8-də Vaşinqton şəhərində orta və qısa mənzilli raketlərinin ləğvinə dair imzalanmış müqavilə dayandırılsın”.