28 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

UEFA-dan tarixi qərar: Matçın hakimi qadın olacaq

02.08.2019

"Liverpul”la "Çelsi” arasında baş tutacaq UEFA Superkuboku matçında hakim təyinatları açıqlanıb.
Xəbər verildiyi kimi, qitənin ali futbol qurumu qarşılaşmanı qadın hakimə həvalə edib.
Belə ki, görüş fransalı referi Stefani Frapparta tapşırılıb. Beləliklə də tarixdə ilk dəfə UEFA səviyyəli turnirlərdə kişilərin matçını qadın hakim idarə edəcək. Baş hakimin köməkçiləri də qadınlar olacaq. İrlandiyalı Manuela Nikosi və Maykl Onil həlledici oyunda yan xətt hakimi kimi fəaliyyət göstərəcəklər. Yalnız dördüncü hakim funksiyasını kişi referi yerinə yetirəcək ki, bu vəzifə də türkiyəli Cüneyt Çakıra tapşırılıb.
Qeyd edək ki, UEFA Superkubokunun oyunu avqustun 14-də İstanbulun "Beşiktaş Park” stadionunda keçiriləcək.