28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sevindik Hətəmovun oğluna yüksək vəzifə verildi

02.08.2019

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 3 saylı Bakı ASAN xidmət mərkəzinə yeni direktor təyin olunub.
Verilən məlumata görə, bununla bağlı Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Xətai Sevindik oğlu Hətəmov 3 saylı "ASAN xidmət" mərkəzinin direktoru təyin edilib.
O, bu təyinata qədər həmin mərkəzin direktor müavini vəzifəsində çalışıb. Eyni zamanda 2018-ci ilin may ayından 3 saylı Bakı "ASAN xidmət" mərkəzinin direktoru vəzifəsini icra edib.
Qeyd edək ki, X.Hətəmov Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovun oğludur. Azərbaycan Prezidenti İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə "ASAN xidmət" işçilərinin peşə bayramı günü münasibətilə və dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsində səmərəli fəaliyyətinə görə "Tərəqqi” medalı ilə təltif olunub.
Xatırladaq ki, 2018-ci ilin may ayında 3 saylı Bakı "ASAN Xidmət" Mərkəzinin direktoru Seymur Aydın oğlu Mövlayev işdən çıxıb. O, Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında "Aqrolizinq" ASC-nin sədri təyin edilib. S.Mövlayev 2019-cu ilin yanvarın 16-da Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə (AKİA) sədr təyin olunub./report/