27 04 2024-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan millisi Braziliya yığması ilə qarşılaşacaq

02.08.2019

Bu gün qadın voleybolçulardan ibarət Azərbaycan millisi 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakterli təsnifat turnirində ikinci oyununu keçirəcək.
"Dövran Media" Azərtac-a istinadən xəbər verir ki, 24 yığma komandanın çıxış edəcəyi turnirdə Azərbaycan millisi "D” qrupunda Braziliya, Dominikan Respublikası və Kamerun ilə birgə yer alıb. Yığmamızın yer aldığı qrupun oyunları Braziliyanın Uberlandiya şəhərində təşkil olunub.
Komandamız növbəti görüşündə Braziliya ilə qarşılaşacaq.
Millimiz ilk qarşılaşmada Dominikan Respublikasına 0:3 hesabı ilə məğlub olub.
"A” qrupunda Serbiya, Tayland, Polşa, Puerto-Riko, "B” qrupunda Çexiya, Çin, Türkiyə, Almaniya, "C” qrupunda Argentina, Bolqarıstan, ABŞ, Qazaxıstan, "E” qrupunda Koreya Respublikası, Rusiya, Kanada, Meksika, "F” qrupunda isə Belçika, Hollandiya, İtaliya və Keniya birincilik uğrunda mübarizə aparır.
"A” qrupunun oyunlarına Polşa, "B” qrupunun görüşlərinə Çin, "C” qrupuna ABŞ ev sahibliyi edir. Rusiyada "E”, İtaliyada isə "F” qrupunun qarşılaşmaları keçirilir.
Lisenziya xarakterli təsnifat turnirində qrup birinciləri birbaşa "Tokio 2020”yə vəsiqə əldə edəcəklər.