05 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Monqolustandan Trampın oğluna hədiyyə

01.08.2019

Monqolustan hakimiyyəti ABŞ Prezidenti Donald Trampın oğlu Berrona at hədiyyə edib.
Bu barədə Ağ Evin saytında məlumat verilir.
Heyvanı "Victory” ("Qələbə”) adlandırıblar. Bunu D.Tramp monqolustanlı həmkarı Xaltmaaqiyn Battulqa ilə görüşməzdən əvvəl deyib.
"Bloomberg” ABŞ administrasiyasının nümayəndəsinə istinadən yazır ki, Monqolustan rəhbərliyi atı Berrona X.Battulqanın Vaşinqtona səfəri zamanı deyil, hələ 2018-ci ildə hədiyyə edib.
Mənbə qeyd edib ki, hazırda at Monqolustandadır.