05 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Qarabağ son 7 ildə görüşdüyümüz ən güclü kollektivdir" - Vinni Pert

01.08.2019

Bizdə inam var idi. Rəqibimiz bizdən bir az üstün idi. "Qarabağ" son 7 ildə görüşdüyümüz ən güclü kollektivdir.
Bu fikirləri İrlandiyanın "Dandolk" komandasının baş məşqçisi Vinni Pert Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında "Qarabağ"a 0:3 hesabı ilə məğlub olduqları oyun barədə danışarkən deyib.
43 yaşlı mütəxəssis bildirib ki, oyun gözlənilən ssenari ilə gedib: "Qarabağ" topa sahib oldu. Bu gün güclü olan qələbə qazandı. Komandamdan razıyam. Rəqibə hörmət edirik. Növbəti mərhələdə onlara uğurlar arzulayıram. Ümumiyyətlə biz oyunlarımızı 17-18 dərəcədə keçiririk. Bunun səbəb kimi göstərmək istəmirəm. Rəqib çox güclü idi. Topla oynamağa icazə vermədilər. Səhvlərimiz də oldu və onlar yararlandılar".
Məşqçi növbəti mərhələdə "Qarabağ"a azarkeşlik edəcəyini söyləyib: "Qarabağ" favoritdir. Düşünürəm ki, sonrakı mərhələni də keçəcəklər".