02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Nazir istefa verib - Rumıniyada

31.07.2019

Rumıniyanın Daxili İşlər naziri Nikolaye Moqa istefa verib. 
Buna səbəb iki yeniyetmənin xüsusi amansızlıqla qətlə yetirilməsi və hüquq-mühafizə orqanlarının məsələyə vaxtında reaksiya verməməsi olub. 
"Baş Nazirlə söhbətdən sonra istefa vermək qərarına gəldim. İstintaq davam edir. Ümid edirəm ki, Daxili İşlər Nazirliyinin əməkdaşları qərəzsiz və peşəkar şəkildə bu məsələni araşdıracaqlar. Belə faciələrin bir daha baş verməməsi üçün mümkün olan hər şeyi etmək lazımdır”, - N. Moqa bildirib. 
Qeyd edək ki, N. Moqa 6 gün öncə bu vəzifəyə təyin edilib. 
Xatırladaq ki, bir neçə gün öncə Rumıniyanın Karakal şəhərində 15 yaşlı qız amansızcasına qətlə yetirilib. Qız "112” xilasetmə xidmətinə zəng edib xəbər versə də, hüquq-mühafizə orqanları onun vaxtında tapılması üçün lazımi tədbirlər görməyib. Nəticədə, qızı xilas etmək mümkün olmayıb. Qatil həmin gün polis tərəfindən saxlanılıb və daha bir cinayət törətdiyini etiraf edib. Belə ki, aprel ayında itkin düşən 18 yaşlı qızın da həmin şəxs tərəfindən qətlə yetirildiyi üzrə çıxıb.