08 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiya BMT Təhlükəsizlik Şurasının təsili iclasını çağırır

14.04.2018


Rusiya ABŞ-ın Suriyaya raket zərbəsi endirməsi səbəbindən BMT Təhlükəsizlik Şurasının təsili iclasını çağırır.
TASS informasiya agentliyi xəbər verir ki, bu bəyanatla Rusiya Prezidenti Vladimir Putin çıxış edib. "Rusiya ABŞ və müttəfiqlərinin təcavüzkar fəaliyyətini müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırır”, - deyə Kremlin mətbuat xidməti Vladimir Putinin sözlərini sitat gətirib.
Rusiya Prezidenti qeyd edib ki, Moskva Suriyaya hücumu ciddi şəkildə qınayır. ABŞ öz hərəkətləri ilə Suriyada humanitar fəlakəti daha da dərinləşdirir, dinc əhalini əzablara düçar edir, bu ölkədən və bütövlükdə regiondan qaçqınların yeni dalğasının yaranmasına rəvac verir.
Rusiya lideri, həmçinin hesab edir ki, Suriyada vəziyyətin gərginləşməsi beynəlxalq münasibətlərin bütün sisteminə dağıdıcı təsir göstərir. Moskvanın fikrincə, Suriya hökumətinin kimyəvi işlətməsi uydurmadır və bu ölkəyə təcavüz üçün zəmin yaratmaq niyyəti güdür.
Xatırladaq ki, bu gün səhərə yaxın ABŞ, Böyük Britaniya və Fransa Suriyada üç hədəfə - kimyəvi silah tədqiqatı mərkəzinə, kimyəvi silah anbarına və kimyəvi silahlarla bağlı komandanlıq mərkəzinə raket zərbələri endirib.
Suriyaya raket zərbələri endirilməsi dünyada müxtəlif reaksiyalar doğurur. Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-ın və müttəfiqlərinin keçirdiyi əməliyyatı təqdir etdiyinə dair bəyanat yayıb. NATO bu əməliyyatı dəstəklədiyini bildirib. İran isə ABŞ, Böyük Britaniya və Fransa liderlərini cinayətkar adlandırıb. BMT-nin baş katibi Antonio Quterreş Suriyada vəziyyəti daha da gərginləşdirə biləcək addımlardan çəkinməyə çağırıb və yaranmış vəziyyətlə əlaqədar Səudiyyə Ərəbistanına səfərini təxirə salıb.
ABŞ-ın müdafiə naziri Cim Mattis, Baş Qərargah rəisi, general Cozef Dunford əməliyyatla bağlı keçirdikləri birgə mətbuat konfransında İran və ya Rusiya ilə hər hansı koordinasiya aparmadıqlarını bildiriblər. Hücumların davam edib-etməyəcəyinə dair suala Dunford "bu hücum dalğası sona yetdi” cavabını verib.