02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyə ABŞ-a qarşı savaşa başlamalıdır - Professor

31.07.2019

Türkiyə ABŞ-a rəğmən Fəratın şərqində həyata keçirmək istədiyi əməliyyat üçün Rusiya və İranın dəstəyini almalıdır. Çünki Ankara ilə Vaşinqton arasında təhlükəsizlik bölgəsi ilə bağlı razılığın olmaması vəziyyəti daha da gərginləşdirə bilər.
Bu açıqlama ilə türkiyəli professor Saynur Derman çıxış edib.
O qeyd edib ki, avqustun sonunda keçiriləcək Astana görüşündən sonra verilən bəyanatlar da Ankara-Vaşinqton xəttində gərginliyin artmasına səbəb olacaq:
"Türkiyə, Rusiya və İran Suriyada sülhün təmin olunmasına yönəlik səylərini davam etdirir. Ankara ilə Moskva arasındakı əməkdaşlıq İdlib bölgəsində vəziyyətin sabitləşəcəyinə ümid versə də, məsələ ABŞ baxımından mürəkkəb bir hal alıb. Belə ki, ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri ilə türkiyəli rəsmilər arasında Ankarada keçirilən görüşdən öncə ABŞ Mərkəzi Qüvvələr Komandanlığının (CENTCOM) komandanı general Kennet Makkenzi Türkiyənin qara siyahısında olan PYD-çilərdən biri ilə görüşüb. Bu, ABŞ-ın PYD-yə verdiyi dəstəyin bariz göstəricisidir. Bu səbəbdən də Fəratın şərqinə qarşı əməliyyat gecikməməlidir".