02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Mərakeş “Taxt günü”nü qeyd edir

30.07.2019

Bu gün Mərakeşdə Taxtın qeyd olunması günüdür.
Hazırkı Kral VI Məhəmməd 1999-cu il iyulun 30-da rəsmi olaraq taxta çıxıb və bu tarix ölkədə bayram kimi qeyd edilir.
Kralın hakimiyyəti dövründə Mərakeş həm iqtisadi, həm də siyasi sahədə bir çox uğur qazanıb. Hazırda ölkə makroiqtisadi siyasət, ticarətin liberallaşdırılması, investisiya, istehsal kimi ixrac sektorlarında aktiv rol oynayır.
Həmçinin Mərakeş Krallığı ölkədə iqlimin yaxşılaşdırılması, maliyyə bazarlarının modernləşdirilməsi, cəlbediciliyinin artırılması və yüksəldilməsi üçün 6 əsas sektorda (avtomobil, aeronavtika, logistika, bərpa olunan enerji, turizm və informasiya-kommunikasiya texnologiyaları) mühüm islahatlar həyata keçirib.
Son iyirmi ildə Mərakeş öz yol, dəniz, dəmir yolu və hava nəqliyyatı sisteminə xeyli sərmayə qoyub və Afrikada nəqliyyat, logistika mərkəzinə çevrilib.
Bərpa olunan enerjilərin inkişafı hökumət üçün əsas prioritetdir və Mərakeş bol günəş və külək ehtiyatlarına, həmçinin bunları İspaniyaya ixrac etməyə malikdir. Mərakeş Krallığı tərəfindən 3000 hektardan çox ərazidə inşa edilən dünyanın ən böyük günəş parkı olan Nur-Ouarzazate günəş elektrik stansiyası bu sahədə inkişaf etmiş strategiyanın bir nümunəsidir.
Mərakeşin 2017-ci ilin yanvarında Afrika İttifaqına qayıtması və 2018-ci ilin mart ayında Afrika Qitə Sərbəst Ticarət Bölgəsinin (CAFTA) istifadəyə verilməsi bu ölkəyə xarici sərmayə və ticarəti təşviq etmək, iqtisadi inkişafı sürətləndirmək üçün yeni imkanlar təklif edir.