Yunanıstan:  Türkiyə bizə meydan oxuyur 
    
                          
     
                         29.07.2019
 
    
                        Cənubi Kipr enerji sahəsində meydan oxumaların aradan qalxması üçün Yunanıstan və Avropa Birliyinin dəstəyini alacaq.
Bunu Yunanıstan Baş naziri Kiriakos Miçotakis Cənubi Kipr lideri Nikos Anastasiadislə Nikosyadakı görüşündə bildirib.
Səfərinin yalnız simvolik deyil, siyasi olaraq da əhəmiyyətli bir dövrdə baş tutduğunu izah edən Miçotakis Türkiyəni işarə edərək bölgədə "meydan oxumalar"la üz-üzə qaldıqlarını söyləyib.