02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dünyanın “ən ağıllı” iti ölüb

29.07.2019

Cənubi Karolinada özünün zəngin "söz ehtiyatı” sayəsində tanınan Çeyser ləqəbli it 16 yaşında ölüb. Bu barədə "Independent” yazıb.
Azərtac-ın ria.novostiyə istinadən verdiyi xəbərə görə, amerikalı Con Pilli border-kolli cinsindən olan iti 2004-cü ildə alıb. Sahibi 3 il ərzində hər gün 4-5 saat it ilə məşğul olub. Belə ki, o, Çeyserə əşyanı göstərib, təxminən 40 dəfə ardıcıl həmin əşyanın adını hündürdən çəkib, daha sonra həmin əşyanı gizlədib və itdən onu axtarmağı tələb edib. C.Pilli təlim prosesində heyvanlar üçün 800 ədəd parça oyuncaqdan, 116 kiçik topdan, 26 frisbidən (uçan disk) və çoxsaylı plastik əşyalardan istifadə edib. Nəticədə border-kolli 1022 əşyanı tanımağı öyrənib. KİV-lərdə Çeyseri ən ağıllı it adlandırıblar.
Con Pilli ötən il 89 yaşında dünyasını dəyişib. Çeyser sahibinin qızı ilə qalırmış.