02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan millisi Braziliyaya qalib gəldi

29.07.2019

2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakterli təsnifat turnirinə hazırlaşan voleybol üzrə qadınlardan ibarət milli komandamız məşqlərini Braziliyada davam etdirir.
Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, komandamız təlim-məşq toplanışı çərçivəsində Braziliyanın "Esporte Pinheiros" klubu ilə yoldaşlıq oyunu keçirib. Görüş millimizin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
"Tokio 2020”yə təsnifat turnirinin oyunları avqustun 1-3-də keçiriləcək. Millimiz meydan sahibi Braziliya ilə yanaşı, Dominikan Respublikası və Kamerunla eyni qrupda mübarizə aparacaq.