02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

FTX-nin casusu Ukraynada tutuldu

29.07.2019

Ukrayna Təhlükəsizlik Xidməti Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) casusunu ifşa edib.
Ukrayna əks-kəşfiyyatı rus casusun ləqəbinin "Dementiy” olduğunu bildirib.
Onun Rusiyanın sifarişi əsasında Ukrayna barədə məlumat topladığı və eyni anda FTX-nin tapşırığı əsasında İsrailin kəşfiyyat orqanı MOSSAD-a işə düzəlməyə cəhd etdiyi müəyyən olunub.
Casusun Ukraynada çox sadə həyat yaşadığı və Ukrayna milisinin keçmiş əməkdaşı olduğu bildirilib. Rəsmi Kiyev onun Rusiya xüsusi xidmət orqanlarının casusu kimi Donbas müharibəsinin əvvəlindən fəaliyyətə başladığını bəyan edib. "Dementiy”in evində aparılan yoxlamalar zamanı Ukrayna ordusunun döyüşçüləri barədə məxfi informasiyaların olduğu çoxlu fayllar aşkar edilib.