02 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakıda küçə sənətçisiləri üçün lazımi şərait yaradılacaq

26.07.2019

Bakıda küçə sənətçisi kimi fəaliyyət göstərmək istəyənlər bu gündən Bakı Turizm İnformasiya Mərkəzinə müraciət edə bilərlər.
Xəbər verildiyi kimi, bunu Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Rüfət Bağırov "Küçə sənətçiləri" adlı layihənin təqdimatında çıxış edərkən deyib.
Onun sözlərinə görə, ayda bir dəfə Mərkəz tərəfindən müraciət edilən bacarıqlı şəxslərin kastinqi keçiriləcək. Kastinqdən keçən istedadlı şəxslər 3 ay ərzində seçilmiş ərazilərdə bacarıqlarını nümayiş etdirə biləcəklər:
"Sənətçilər 3 ay başa çatdıqdan sonra müddətin uzadılması üçün yenidən Mərkəzə müraciət edə bilərlər. Seçimdən keçənlər fəaliyyət göstərmək üçün heç bir rüsum ödəməyəcək və qazandıqları bütün vəsaitlər özlərinə qalacaq".
R.Bağırov əlavə edib ki, dövlət qurumlarının dəstək olduğu layihə çərçivəsində seçim mərhələsini uğurla adlayan sənətçilərə Bakı Turizm İnformasiya Mərkəzi tərəfindən Bakının Nizami küçəsində, İçərişəhərdə və Dənizkənarı Bulvar ərazisində çıxış etmələri üçün rəylər veriləcək.
Layihə çərçivəsində aktyorlar, musiqiçilər, rəssamlar, rəqqaslar və digər yaradıcı şəxslərə öz istedadlarını nümayiş etdirməyə lazımi şərait yaradılacaq.