25 08 2025-cu il Bakı 27 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Conson ilk iclasını keçirib

25.07.2019

Böyük Britaniyanın yeni Baş Naziri Boris Conson yeni qurduğu hökumət kabineti ilə ilk iclasını keçirib. 
"BBC”-nin verdiyi xəbərə görə, B.Conson kabinetdəki həmkarlarına Britaniya tarixindəki bu vacib mərhələdə qarşılarında çox mühüm bir vəzifə olduğunu qeyd edib. 
Boris Consonun yeni qurduğu kabinetə görə Priti Patel ölkənin daxili işlər naziri vəzifəsinə, Ben Wallace müdafiə naziri vəzifəsinə təyin edilib. Əvvəlki daxili işlər naziri Sacid Cavid isə maliyyə naziri vəzifəsinə təyinat alıb. 
Sabiq Brexit məsələləri üzrə nazir Dominik Raab Xarici İşlər naziri təyin olunub. Baş nazirlik uğrunda Boris Consonun əsas rəqibi Ceremi Hant isə Xarici İşlər naziri vəzifəsindən gedib. 
Steve Barclay Brexit məsələləri üzrə nazir, Andrea Leadsom Biznes, Energetika və Sənaye Strategiyası işləri üzrə nazir təyin edilib. Boris Conson öz qardaşı Co Consonu isə Biznes, Energetika və Sənaye Strategiyası işləri üzrə nazir müavini təyin edib.