03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ÇİN: Sona qədər döyüşəcəyik

25.07.2019

Çinin "Ordumuz Tayvanı ayırmaq cəhdlərinə nəyin bahasına olursa-olsun icazə verməyəcək, biz müharibə istəmirik, amma ABŞ istəsə sona qədər döyüşərik” açıqlamasından dərhal sonra ABŞ-ın raketlərlə təchiz edilmiş döyüş gəmisi Tayvan boğazından keçib.
Xəbər verildiyi kimi, ABŞ-ın bu addımı Çinə meydan oxumaq kimi qəbul edilib.Hazırda ABŞ və Çin arasında Tayvan böhranı dərinləşməkdədir.
Çinin müdafiə naziri Vei Fenqhe ötən ay bəyan etdi ki, Tayvanın Çindən ayrılması cəhdlərinə qarşı çıxacaqlar.
Rəsmi Pekin məsələni yenidən gündəmə gətirib və bəyan edib ki, Tayvan məsələsinə görə müharibəyə hazırdırlar.
Bu bəyanatdan bir gün sonra ABŞ-ın USS Antietam (CG-54) döyüş gəmisi Tayvan boğazını keçib.
ABŞ Hərbi Dəniz Qüvvələrinin 7-ci donanmasının sözçüsü Kil Doss Çinə cavab olaraq bildirib ki, dar su yolu (Tayvan boğazı) keçidindən istifadə etməyə davam edəcəklər.
ABŞ Tayvana 2,2 milyard dollarlıq silah satışı haqqında qərar qəbul etməsindən sonra Çin bu ayın əvvəlində Tayvan sahillərində hərbi təlimlər keçirdi. Həmçinin bəyan etdi ki, Tayvana silah satan ABŞ şirkətlərinə qarşı sanksiyalar tətbiq edəcək.