04 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Cüdoçumuz doqquzuncu qızıl medalı qazandırdı

25.07.2019

Bakıda keçirilən XV Avropa Gənclər Olimpiya Festivalında (EYOF) Azərbaycan doqquzuncu qızıl medalını qazanıb.
Cüdoçu Turan Bayramov (-60 kq) finalda rusiyalı idmançını "qızıl xal”da məğlub edib. Bununla da Azərbaycan güləşdən sonra cüdoda da qızıl medal qazanıb.
Həmçinin Şükran Zamanlı (-55 kq) və Gülşən Bəşirova (-44 kq) bürünc medal uğrunda görüşlərdən qalib ayrılıblar.
Bu nəticə ilə Azərbaycan medal sıralamasında II yerdədir. 19 medal (doqquz qızıl, beş gümüş, beş bürünc) qazanmış Azərbaycan yalnız gümüş sayında Rusiyadan geri qalır. Belə ki, 27 medal (9 qızıl, 7 gümüş, 11 bürünc) əldə etmiş şimal qonşumuz siyahıda liderdir.