08 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yunan qırıcısı qəzaya düşdü: Türk-yunan GƏRGİNLİYİ +VİDEO

12.04.2018

Egey dənizində yerləşən İskiri adasının yaxınlığında Yunanıstanın döyüş təyyarəsi qəzaya uğrayıb.
"Dövran Media" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Yunanıstan Hərbi Hava Qüvvələrinin məlumatında deyilir.
Xəbərə görə, "Mirage 2000-5” tipli təyyarə İskiri adasının 9 dəniz mili şimali-şərqində yerli vaxtla saat 12:15-də itib. Pilotun taleyi haqqında məlumat yoxdur, axtarış-xilasetmə işləri davam etdirilir.
Təyyarənin qəzaya uğramasının səbəbi hələ məlum deyil.
Türkiyə Silahlı Qüvvələri isə təyyarənin qəzaya uğradığı vaxtda bölgədə hər hansı türk qırıcısının olmadığını açıqlayıb.
Qeyd edək ki, qırıcı Türkiyə təyyarələrinin uçuşlarına maneə olmaq üçün Egey dənizində patrul xitmədi göstərən yunan hava donanmasının aid olub.