07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Gülən ölüm ayağındadır

24.07.2019

Türkiyənin tanınmış ictimai xadimi "Sisi" ləqəbli Seyhan Soylu FETÖ lideri Fətullah Gülənin ölüm ayağında olduğunu iddia edib.
Bu barədə danışan Soylu hər 15 iyul günü Pensilvaniyada yerləşən Fətullah Gülənin malikanəsinin önünə gedərək etiraz aksiyası keçirdiyini bildirib.
Sonuncu dəfə malikanənin önünə getdiyi zaman qəribə durumla qarşılaşıb. Belə ki, o, Pensilvaniya Universitet Xəstəxanasının önündən keçərkən başı örtülü dua edərək ağlayan qadınları gördüyünü, ancaq buna elə də məhəl qoymadığını söyləyib. Daha sonra özü xəstəxanaya gedərək FETÖ başçısının yataq xəstəsi olduğunun şahidi olduğunu bildirib.
Qeyd edək ki, daha öncə də F.Gülənin öldüyü barədə xəbərlər yayılmışdı.