05 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ bir daha “vurmuşuq” dedi, İran təkzib etdi

24.07.2019

Keçən həftə ABŞ ordusu bir yox, iki İran pilotsuz uçan aparatı vurub.
Bunu CBS-yə müsahibəsində ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) general Kennet Makkenzi deyib.
"Biz düşünürük ki, onların sayı ikidir. Daha çox da ola bilərdi, amma buna əmin deyilik. Tam əminik ki, birini vurmuşuq, ikinci dronun məhvini isə istisna etmirik”, – deyə o bildirib.
Makkenzi həmçinin İran PUA-larının məhvində raket yox, elektron şüalanmadan istifadə etdiklərini deyib.
İran Müdafiə naziri Əmir Hatəmi isə CENTCOM rəhbərinin bəyanatını təkzib edib. O, İran tərəfinin heç bir PUA-sının məhv edilmədiyini bildirib.
Qeyd edək ki, ötən həftə Prezident Tramp Hörmüzdə ABŞ gəmilərinə 900 məsafədə yaxınlaşan İran dronunu məhv etdiklərini açıqlamışdı. İran isə bu xəbəri təkzib etməklə yanaşı, məhv edildiyi bildirilən dronun ABŞ gəmilərini izlədiyini əks etdirən görüntü yaymışdı.