05 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sakinlər bayraqdan şikayətləndi - İcradan reaksiya

24.07.2019

Qaradağ rayonunun Ələt qəsəbəsindəki Bayraq meydanında asılan bayrağın zədələnməsi ilə bağlı redaksiyamıza müraciət daxil olub. Sakinlər bildiriblər ki, bir neçə gündür bayrağın zədələnməsinə baxmayaraq, yenisi ilə əvəz olunmayıb.
Qaradağ Rayon İcra Hakimiyyətindən sorğusuna məsələnin araşdırılacağı bildirilib. Ancaq müraciətimizdən təxminən 2 saat sonra Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən artıq problemin həll edildiyi barədə redaksiyamıza məlumat verildi:
"Sözügedən ərazidə bayrağın zədələnməsi ilə bağlı məsələ araşdırılıb. Artıq problem öz həllini tapıb, meydandakı bayraq yenisi ilə əvəz olunub. Bayrağımızla bağlı məsələyə diqqətlə yanaşdığına görə sakinlərimizə təşəkkür edirik”.
Qeyd edək ki, Ələt qəsəbəsi dənizə yaxın məsafədə yerləşdiyindən meydanda asılan bayraq tez-tez güclü küləyin təsirindən zədələnir.