03 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu rüsvayçı yol harda çəkilib? - Araşdırma

24.07.2019

Yeni çəkilmiş yolun ortasında işıq dirəkləri əks olunan foto ilə bağlı artıq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi münasibətini açıqlayıb və bu şəklin nəinki iddia edildiyi kimi Şəki rayonunun Üzümçülük kəndinə, ümumiyyətlə, Azərbaycana aid olmadığını bildirib.

Maraqlıdır, bəs bu foto harada çəkilib?

Araşdırması zamanı bəlli oldu ki, foto 16 iyul 2019-cu il tarixində Brazilya vətəndaşı Andrea adlı sosial şəbəkə istifadəçisi tərəfindən paylaşılıb. Tvitter hesabında paylaşım edən xanım yazıb:
"Bu şəkli çəkdim sübut edim ki, mən heç nə içməmişəm. Başqaları da burda nəyinsə düz getmədiyini görür?”
Fotoya gələn onlarla şərhdə vətəndaşlar bu fotonun Brazilyanın Marika- Rio de Janeyro yolunda çəkildiyini iddia edib. Fotonun paylaşan xanımın profil məlumatlarında Rio de Janeyrada yaşadığı qeyd olunsa da, o, fotonu hansı ərazidə lentə aldığı ilə bağlı dəqiq məlumat verməyib.
Qeyd edək ki, ötən gün Turan İnformasiya Agentliyi sözügedən fotonu paylaşaraq, bunun Şəki rayonunun Üzümçülük kəndində çəkildiyini iddia etmişdi.