03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Hərbi-kosmik təlimlər başlayır

24.07.2019

Hindistan Silahlı Qüvvələri bu həftənin sonuna qədər ölkə tarixində ilk dəfə fəzada "İndSpaceEx” adlı hərbi-kosmik təlimlər keçirməyi planlaşdırır. 
Bu barədə Hindistan hökumətindəki mənbə bildirib. 
"Hindistanın Baş Naziri Narendra Modi bildirib ki, 2019-cu ilin martında peyk-əleyhinə silahın sınaqdan keçirilməsi ölkənin müdafiə qabiliyyətini artıracaq. Buna uyğun olaraq "İndSpaceEx" Hindistan Silahlı Qüvvələrinin kosmosda münaqişənin gərginləşməsinə mümkün cavabını nümayiş etdirəcək”, - hökumətdəki mənbə qeyd edib. 
Mənbənin sözlərinə görə, Çinin artan gücünü nəzərə alaraq, Hindistan fəzada öz maraqlarının qorunması üçün şərait yaratmalıdır.