03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Şahdağ” MDB-də beş kurortdan biridir - REYTİNQ

22.07.2019

Azərbaycanın "Şahdağ” kurortu Rusiyanın və MDB ölkələrinin dağlarında fəal yay istirahəti üçün ən populyar yerlərdən biridir.
Belə ki, "Şahdağ” kurortu "TurStat” analitik agentliyinin təqdim etdiyi reytinqdə yer alıb.
Agentlik fəal istirahət və yay trekinqi üçün Rusiyanın və MDB ölkələrinin dağ kurortları reytinqini təqdim edib.
"TurStat”ın araşdırmasına əsasən, kurortların ilk onluğuna Soçidəki Krasnaya Polyana, Almatıdakı Çimbulak, Krımdakı Krım dağları, Azərbaycandakı "Şahdağ” kurortu, Qaraçay-Çərkəzdəki Dombay və digərləri daxildir.
Dağ kurortlarının siyahısı populyarlıq, infrastrukturun inkişafı və nəqliyyatın əlçatanlığı üzrə aparılmış təhlilin nəticələri əsasında tərtib edilib.